İngiltərə millisinin hücumçusu Reşford tarix yazdı

17:57 28 May 2016

"Mançester Yunayted” klubunun gənc hücumçusu Markus Reşford İngiltərə yığmasının tarixində ilkə imza atıb. 


Sportarena.az xəbər verir ki, futbolçu dünən Avstraliya ilə yoldaşlıq görüşündə İngiltərə millisinin heyətində debüt matçına çıxıb. 18 yaşlı istedadlı futbolçu matçın 3-cü dəqiqəsində qol vuraraq yığmanın formasında "ən gənc qol vurmuş" futbolçusu olub.


Bundan əlavə futbolçu daha bir maraqlı statistika ilə də yadda qalıb. Belə ki, Reşfordun Avropa Liqasında, Premyer Liqada və İngiltərə millisində qapıya vurduğu ilk zərbə qol olub.


Digər xəbərlər

Xəbər xətti