Olimpiya oyunlarının yeri dəyişdirilə bilər

18:33 28 May 2016

"Bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya-2016 ya ləğv olunsun, ya da başqa bir şəhərə köçürülsün". 

 

Sportarena.az xəbər verir ki, belə bir bəyanatla 150-dən çox alim və həkim Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib. 

 
Təşkilatın rəhbəri Marqaret Çenə müraciət edənlər bunun Zika virusu ilə bağlı olduğunu deyiblər. Onların fikrincə, oyunlara baxmağa gələn yarım milyondan çox turist bu xəstəliyə tutula və daha sonra onu ölkəsində yaya bilər.

"Təkcə oyundur deyə belə böyük bir riskə getmək olmaz. Ya oyunlar təxirə salınsın, ya da başqa ölkədə keçirilsin", - deyə bəyanatda deyilir. 


Digər xəbərlər

Xəbər xətti