Cüdoçularımızdan Avropa kubokunda möhtəşəm başlanğıc: ilk gündə 4 medal

22:45 28 May 2016

Avstriyada gənclər arasında Avropa kubokuna start verilib. 


Sportarena.az xəbər verir ki, yarışın birinci günü Azərbaycan millisi üçün uğurlu olub. Beləki, gənc cüdoçularımız ilk gündə 4 medal qazanıblar.


Natiq Qurbanlı (55 kq), Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) və Murad Heydərli (60 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar.
Digər təmsilçimiz Rüfət Tağızadə (60 kq) isə 5-ci olub.


Qeyd edək ki, 33 ölkədən 511 idmançının (308 oğlan, 203 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (14 oğlan, 2 qız ) ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti