Cüdoçumuz "World Masters" turnirində 5-ci medalımızı qazandı

10:30 29 May 2016

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri davam edir. 

 

Sportarena.az xəbər verir ki, mötəbər turnirin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, Rüstəm Orucov millimizin aktivinə daha bir medal yazdırıb.

 

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orucov ilk olaraq Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu Viktor Skvortovu, daha sonra belçikalı Dirk van Tileti məğlub edib. Lakin yarımfinalda Yaponiya təmsilçisi Soiçi Haşimotoya uduzub. Orucov bürünc medal uğrunda mübarizədə koreyalı Çangrim An ilə qarşılamalı idi. Lakin rəqibi tamami üzərinə çıxmayıb və Rüstəm Orucov bürünc medala sahib olub.

 

Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) qızıl və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.

 

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti