Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu zədələnib.
O, məşq zamanı ayağından zədə alıb. Bu səbəbdən 22 yaşlı yarımmüdafiəçi məşqi erkən tərk edib.
Onun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Ancaq H.Çalhanoğlunun ən azı Monteneqro ilə yoldaşlıq oyununu buraxacağı dəqiqləşib.