Zidan Fransada 1-ci, Avropada 7-ci oldu

21:52 29 May 2016

Zinəddin Zidan “Real” Madridi çempion etməklə sayca 7-ci şəxs oldu ki, həm oyunçu, həm də məşqçi kimi Çempionlar Liqasını qazandı.

Dünən gecə Madrid klubunu çempion edən Zidan 14 il əvvəl elə “Real” klubunun heyətində çempionluq yaşamışdı.

Bundan öncə həm oyunçu, həm də məşqçi kimi Çempionlar Liqasını (Avropa Çempionları Kuboku) qazananlar aşağıdakılardır:

 Migel Munyos – Oyunçu kimi (1956, 1957, 1958 – Real Madrid) Məşqçi kimi (1960, 1966 – Real Madrid)

Covanni Trappatoni – Oyunçu kimi (1963, 1969 – Milan) Məşqçi kimi (1985 – Yuventus)

Yohan Kroyf – Oyunçu kimi (1971, 1972, 1973 – Ayaks) Məşqçi kimi (1992 – Barselona)

Karlo Ançelotti – Oyunçu kimi (1989, 1990 – Milan) Məşqçi kimi (2003, 2007 – Milan, 2014 – Real Madrid)

Frank Raykard – Oyunçu kimi (1989, 1990 – Milan, 1995 – Ayaks) Məşqçi kimi (2006 – Barselona)

Xosep Quardiola – Oyunçu kimi (1992 – Barselona) Məşqçi kimi (2009, 2011 Barselona)

Zidan sayca 4-cü şəxs oldu ki, bu nailiyyəti eyni klubla əldə etdi.

Həmçinin Zidan ilk fransız mütəxəssis oldu ki, bu uğuru qazandı. Belə ki, bundan öncə 14 ölkədən olan məşqçi Çempionlar Liqasını qazanıb. Ən çox bu uğura italyanlar (11 dəfə) və ispanlar (10 dəfə) nail olub.


Digər xəbərlər

Xəbər xətti