Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında dördüncü tur başa çatıb.
Sportarena.az xəbər verir ki, azərbaycanlı qrossmeysterlər Eltac Səfərli və Teymur Rəcəbov 33-cü gedişdən sonra heç-heçə ilə razılaşıblar.
Onlardan sonra Hollandiya təmsilçisi Aniş Qiri ağ fiqurlarla Pentala Harikrişnaya qalib gəlib. Hindli qrossmeyster 27-ci gedişin ardınca təslim olub.
Rus şahmatçı Sergey Karyakin və ukraynalı Pavel Elyanov 41-ci gedişdən sonra heç-heçə ilə razılaşıblar.
Rauf Məmmədov turnirin lideri Fabiana Karuanaya (İtaliya) məğlub olub. Azərbaycan qrossmeyster 52-ci gedişdən sonra ağ bayraq qaldırıb.
Turnirdəki yeganə qadın şahmatçı Hou İfanla (Çin) azərbaycanlı Şəhriyar Məmmədyarovun görüşü 56 gedişdə heç-heçə ilə başa çatıb.