Cüdo üzrə Azərbaycan yığması Meksikada daha bir qızıl medal qazanıb.
Sportarena.az xəbər verir ki,, Qvadalaxara şəhərində keçirilmiş “World Masters” turnirinin son günündə Elmar Qasımov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın ilk rəqibi 1/8 final mərhələsində braziliyalı Lusiano Korrea olub. Bu rəqibinə qalib gələn həmyerlimiz ardınca müvafiq olaraq, əlcəzairli Layes Buyakub və isveçli Martin Paçeki məğlub edərək, finala adlayıb. Həlledici görüşdə Qasımovun rəqibi fransalı Kirill Maret olub. Bu rəqibinə də göz açmağa imkan verməyən millimizin üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, millimiz turnirdə 2 qızıl, 2 bürünc medalla komanda hesabında 51 ölkə arasında 2-ci yeri tutub. Ümumi sıralamada isə yalnız Yaponiyadan (5 qızıl, 2 bürünc medal) geri qalan komandamız kişilərin yarışında birinci olub.