28-29 may tarixlərində İnternational Power sports union (iPSU) və Global Powerlifting Alliance (GPA) Federasiyalarının birgə təşkil etdiyi dünya çempionatında Azərbaycanı Rövşən Xəlilov və Namiq Mehdiyev təmsil edib.
Sportarena.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda təmsilçimiz Rövşən Xəlilov sinədən qaldırma növündə 160 və 200 kq ağırlığın öhdəsindən gələrək dünya çempionu adını qazanıb.
İdmançımız daha sonra yerdən qaldırma növündə gücünü sınayıb. 67,5 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Xəlilov 230 kq ağırlığın öhdəsindən gələrək bu növdə də dünya çempionu olub. Təmsilçimiz yarışın 3 ən güclü idmançısından biri olaraq mütləq çempionluğa adını yazdıra bilib.
Digər idmançımız Namiq Mehdiyev sinədən qaldırmada 162,5 kq və yerdən qaldırmada isə 242,5 kq qaldıraraq hər iki növ üzdə dünya çempionu adını qazanıb./azvision