"Bavariya" Məsut Özilə "elçi" düşdü

00:28 31 May 2016

Almaniya Bundesliqasının nəhəngi, Münxenin “Bavariya” klubunun hazırda “Arsenal"ın şərəfini qoruyuran türk əsilli alman futbolçu Mesut Özil ilə maraqlandığı iddiası irəli sürülüb.

“Arsenal” ilə hələ 2 illik müqaviləsi olan 27 yaşlı futbolçunun bu yaxınlarda klub ilə müqaviləni uzatmaqdan imtina etdiyi məlum olmuşdu.

 İngilis klubunun təklifindən imtina edən alman futbolçu üçün “Bavariya” hərəkətə keçib. Mesut bu transferə soyuq baxmadığını ancaq yekun qərarı vermədən öncə bir xeyli götür-qoy etməli olduğu bildirilib.


Digər xəbərlər

Xəbər xətti