İngiltərə millisinin forvardı Daniel Starric ümumi qrupda məşqlərə qayıdıb.
Sportarena.az xəbər verir ki, "Liverpul"un futbolçusu pəncəsindəki zədə səbəbilə Avstraliya ilə oyunu (2:1) buraxmaq məcburiyyətində qalmışdı.
Ondan başqa ümumi qrupda məşqlərə Qari Keyxil və Ceymi Vardi də qoşulub.
Xatırladaq ki, "Çelsi"nin futbolçusu həmin oyunu zədə səbəbilə, Vardi isə evləndiyinə görə buraxmışdı. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
