"Borussiya"nın ulduz futbolçusu Marko Reus Almaniya millisinin "Avro-2016" üçün açıqlanan heyətində yer almayıb.
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun zədəsinin bərpa olmamasıdır.
Bu barədə açıqlama verən Almaniya millisinin baş məşqçisi Yoahim Löv futbolçunu yığmaya çağıra bilmədiyi üçün üzüldüyünü bildirib.
Xatırladaq ki, futbolçu zədə səbəbi ilə "DÇ-2014"də də iştirak edə bilməmişdi.
Qeyd edək ki, Marko Roysdan əlavə Y.Löv Sebastian Rudi, Yulian Brandt və Kərim Belarbini də milliyə çağırmayıb.