İtaliya millisində daha bir ciddi itki

21:45 31 May 2016

İtaliya millisi ciddi itki ilə üzləşib.


"Sky Sports"un verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Rikardo Montolivo zədələnib.


Şotlandiya ilə yoldaşlıq görüşündən sonra keçirilən məşqdə zədələnən 31 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin onun "Avro-2016"dan kənarda qalacağı istisna olunmur.


Qeyd edək ki, E qrupunda qərarlaşan İtaliya millisi Belçika, İrlandiya və İsveçlə mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti