Kopa Amerika öncəsi Brazilya millisi daha bir itki ilə üzləşib.
Belə ki, “Barselona”nın heyətində çıxış edən Rafinya Alkantara zədə səbəbindən turnirdən kənarda qalıb. O, Kopa del Reyin finalında “Sevilya” ilə qarşılaşmada əzələ ağrısı yaşayıb. 23 yaşlı futbolçunun “Barselona”nın düşərgəsinə qayıdacağı gözlənilir.
Qeyd edək ki, turnir 3 iyun tarixində start götürəcək.