"Qarabağ"ın futbolçusu Avropa çempionatında iştirak etmək üçün milliyə dəvət olundu

11:30 1 İyun 2016

Albaniya millisinin "Avro-2016"nın final mərhələsi üçün yekun heyəti açıqlanıb.


Sportarena.az xəbər verir ki, Albaniya millisinin baş məşqçisi Canni de Byazi Avropa çempionatında iştirak etmək üçün 23 futbolçunu yığmaya dəvət edib.


Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Ansi Aqolli də 23 nəfərlik siyahıda yer alıb:


Qapıçılar: Etrit Berişa ("Latsio", İtaliya), Alban Xoca Partizani ("Partizani"), Orqes Şexi ("Skenderbeu") 

Müdafiəçilər: Elseid Husay ("Napoli", İtaliya), Lorik Tsana ("Nant", Fransa), Arlind Ayeti ("Frozinone", İtaliya), Merqev Mavray ("Köln", Almaniya), Naser Aliyi ("Bazel", İsveçrə), Frederik Veseli ("Luqano", İsveçrə), Ansi Aqolli ("Qarabağ", Azərbaycan), Ermir Lenyani ("Nant", Fransa)
 
Yarımmüdafiəçilər: Lidian Memuşay ("Teskara", İtaliya), Eryus Kaçe (PAOK, Yunanıstan), Andi Lila ("Yannina", Yunanıstan), Mirqyen Başa ("Komo", İtaliya), Odise Roşi ("Rieka", Xorvatiya), Burim Kukkeli ("Sürix", İsveçrə), Taulant Caka ("Bazel", İsveçrə), Amir Abraşi ("Frayburq", Almaniya) 

Hücumçular: Bekim Balay ("Rieka", Xorvatiya), Sokol Tsikaleşi ("İsttanbul Byükşəhir Bələdiyyəspor", Türkiyə), Armandu Sadiku ("Vaduts", Lixtenşteyn), Şkelzen Qaşi ("Kolorado", ABŞ) 


Digər xəbərlər

Xəbər xətti