Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

12:53 1 İyun 2016

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. 


Sportarena.az xəbər verir ki, bu növdə sonuncu lisenziya yarışı "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.


Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək. Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur. Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Ancaq Rüfətin işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. 75 və 81 kq-da isə ilk "5-lik"də yer alanlar Rio-2016-da iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti