Ukraynanın "Şaxtyor" klubunun yeni baş məşqçisi bəlli olub.
Sportarena.az xəbər verir ki, Mirça Luçeskunun istefasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Paulo Fonseka təyin edilib. Donetsk klubu 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Fonsekanın son çalışdırdığı klub Portuqaliyanın "Braqa" komandası olub.