Türk əsilli futbolçu rəsmən "Mançester Siti"də! - FOTO

12:10 2 İyun 2016

"Borussiya"nın türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğanın "Mançester Siti"yə keçidi rəsmiləşib.
 


Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb.
 
"Şəhərlilər" futbolçunu transfer etmək üçün "Borussiya"ya 26 milyon avro ödəyiblər. Lakin Almaniya millisinin oyunçusunun "şəhərlilər"in heyətində çıxışı uğurlu olarsa bu rəqəm 29 milyon avroya da yüksələ bilər.


Xatırladaq ki, 25 yaşlı futbolçu "Borussiya"nın heyətində 157, Almaniya millisin heyətində isə 16 rəsmi matçda forma geyinib.


Digər xəbərlər

Xəbər xətti