"Qalatasaray"da daha bir ayrılıq

13:30 2 İyun 2016

Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçu ilə yollarını ayırıb. 


Sportarena.az xəbər verir ki, gedənlər karvanına Hamit Altıntop da qoşulub.

Belə ki, "sarı-qırmızılar" müqavilə müddəti başa çatan 33 yaşlı futbolçu ilə sözləşməni yeniləməyib. 


Xatırladaq ki, yarımmüdafiəçi uzun müddətdi zədədən əziyyət çəkirdi. Bu səbəbdə o, ötən mövsümdə heç bir rəsmi matçda iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti