"Latsio" Robin Van Persi üçün "Fənərbaxça" komandasına təklif göndərib.
Sportarena.az xəbər verir ki, romalılar 33 yaşlı futbolçu üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır. Türklərin isə hələlik buna necə cavab verəcəyi məlum deyil.
Xatırladaq ki, Van Persini İstanbul təmsilçisi 5,5 milyon avroya almışdı. Bu mövsüm forvard 31 oyunda 16 dəfə fərqlənə bilmişdi.