Olimpiadaya 6 lisenziya qazanan cüdo üzrə yığmamızın Olimpiadaya hazırlığının müəyyən hissəsi məlum olub. Bir neçə təlim-məşq toplanışı planlaşdıran millimizin son hazırlığı Almaniyada baş tutacaq. İyulun 15-dən 25-dək bu ölkədə toplanış keçəcək Peter Zayzenbaherin komandası oradan birbaşa Rio de Janeyroya yollanacaq. Cüdoçular mühitə uyğunlaşmaq üçün Olimpiadanın startına 10 gün qalmış Braziliyaya gedəcək.