Almaniya 3-cü liqası klubundan İbrahimoviçıə qeyri-adi təklif

10:30 3 İyun 2016

Almaniyanın aşağı liqalarından birində çıxış edən "Rot Vays Oberhauzen" komandası Zlatan İbrahimoviçə maraqlı təklif göndərib.


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Varlı olmayan klub futbolçuya istədiyi məbləği ödəyə bilməz. Amma müqaviləyə bir sıra cəlbedici bəndlər daxil etməyə hazırdır. Həmin bəndlər aşağıdakılardır:
Şəhərin rəmzi açarını Zlatana təqdim edir.
Şəhərin ən görməli yeri və bütün mədəni tədbirlərin keçirildiyi məkanı — Ebertbadanı onun öhdəsinə verir. Futbolçu orada üzmək istəyirsə su ilə doldurulmasını təmin edir.
İsveçli forvard şəhərin kralı ola bilər və orada monarxiya qura bilər.
Təklifi qəbul edərsə yerli pivənin adı dəyişdirilərək "Ibrahimovic Pilsener", sosislərin adı isə "Schweden-Happen" olacaq.


Digər xəbərlər

Xəbər xətti