Türkiyə Superkubokunun keçirilmə tarixi və yeri müəyyənləşdi

12:50 3 İyun 2016

Türkiyə Superkubokunun keçirilmə yeri və tarixi müəyyənləşib.


Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Superliqasının qalibi olan "Beşiktaş"la Türkiyə Kubokunun qalibi olan "Qalatasaray arasında keçiriləcək görüş  Konya şəhərində baş tutacaq.


Türkiyə Futbol Federasiyası görüşün Konya Büyükşəhər Stadionunda keçirilməsini qərara alıb. Matç 13 avqust tarixində keçiriləcək. Görüşün başlama saatı isə hələlik açıqlanmayıb. 


Digər xəbərlər

Xəbər xətti