Yaponiyada milli komandalar arsında "Kirin Kuboku" turniri start götürüb.
Sportarena.az xəbər verir ki, turnirin yarımfinal görüşündə Danimarka ilə Bosniya və Herseqovina yığmaları üz-üzə gəlib.
Görüşün əsas hissəsi 2:2 başa çatdığına görə qalib penaltilər seriyasında müəyyənləşib. Burada bosniya və herseqovinalılar qalib olub. Penaltilər seriyasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin 1 qurtarışı həlledici olub. Belə ki, penaltilər seriyasında Bosniya və Herseqovina millisi 4:3 hesabı ilə qalib gələrək turnirin finalına vəsiqə qazanıb.