Həyat yoldaşını döyən Burak Yılmaz danışdı

15:13 3 İyun 2016

Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq oyunçusu məşhur futbolçu Burak Yılmaz 4 aylıq hamilə olan həyat yoldaşını döyməsi xəbərinə açıqlama verib.  


Sportarena.az xəbər verir ki, futbolçu yayılan məlumatları təkzib edib.


"İstem Yılmaz uşaqlarımın anasıdır. İstənilən vəziyyətdə olsa da, nə desə, nə etsə, nə fikirləşsə də o, mənim iki övladımın anasıdır. Həyat yoldaşımın sağlam və xoşbəxt olması mənim üçün hər şeydən vacibdir. Bu mövzu ilə əlaqədər yazılanlar və yazılacaq xəbərlərə hər hansı bir şərh verməyəcəyimi hamı bilsin”. 

 

Son günlərdə türk mətbuatında yayılan xəbərlərdə iddia olunur ki, İstem Yılmaz futbolçunu məhkəməyə verib. O, həyat yoldaşının ona qarşı zorakılıq etdiyi üçün boşanmaq istədiyini bildirib. Məlumtata görə, 10 iyunda Fransada başlayacaq Avropa Futbol Çempionatı üçün milli komanda düşərgəsində olan Burak xəbəri ilk dəfə mətbuatdan oxuyub. Hətta xanımının  futbolçudan 10 milyon lirə (5 min AZN)  təzminat istədiyi də bəlli olub.

Burak Yılmaz ötən il Çinin "Beijing Guoan" klubuna transfer olunub. (anspress)


Digər xəbərlər

Xəbər xətti