Almaniyanın "Ausburq" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komandanı yeni mövsümdən Dirk Şuster çalışdıracaq.
48 yaşlı mütəxəssis Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Şuster bu vəzifədə Markus Vayntsirli əvəzləyib.
Artıq Vayntsirlin də yeni iş yeri bəlli olub. 41 yaşlı mütəxəssis digər Bundesliqa təmsilçisi "Şalke"nin baş məşqçisi təyin edilib. Onunla da 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Ausburq" Bundesliqada ötən mövsümü 12-ci, "Şalke" isə 5-ci pillədə başa vurub.