“Rio-2016” Yay Olimpiya Oyunlarına altı lisenziya qazanan cüdo üzrə yığmamızın mötəbər turnirə hazırlığının müəyyən hissəsi məlum olub.
Sportarena.az xəbər verir ki, bir neçə təlim-məşq toplanışı planlaşdıran millimizin son hazırlığı Almaniyada keçiriləcək. İyulun 15-dən 25-dək bu ölkədə toplanış keçəcək Peter Zayzenbaherin komandası oradan birbaşa Rio-de-Janeyroya yollanacaq.
Cüdoçular mühitə uyğunlaşmaq üçün Olimpiadanın startına 10 gün qalmış Braziliyaya gedəcək.