Əfsanəvi boksçu Məhəmməd Əli vəfat etdi

10:16 4 İyun 2016

Əfsanəvi boksçu Məhəmməd Əli dünyasını dəyişdi. 


Sportarena.az xəbər verir ki, idman dünyasının ən parlaq və məşhur simalarından olan əfsanəvi boksçu bu səhər  74 yaşında dünyasını dəyişib. 

 
Məhəmməd Əli 1980-ci illərdən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi. İdmançı ABŞ-ın Finiks şəhərindəki xəstəxanalardan birində vəfat edib. İdmançı həftənin əvvəllində tənəffüs sistemində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilmişdi. İdmançının ciyərlərinda problem var idi. Lakin "The Daily Mirror" qəzeti boksçunun səhhətinin ehtimal ediləndən daha pis olduğunu açıqlamışdı. 


Son dəfə o, 2014-cü ilin dekabr ayında xəstəxanaya yerləşdirilmişdi.


Digər xəbərlər

Xəbər xətti