"Fənərbaxça"nın prezidentinə 3 aylıq cəza

12:15 4 İyun 2016

"Fənərbaxça"nın prezidenti Əziz Yıldırıma cəza kəsilib. 

 

Sportarena.az xəbər verir ki, klub prezidenti üç ay müddətinə klubun bütün idman növlərində keçirilən oyunlarını yerində izləməkdən məhrum edilib.


Buna səbəb isə onun "Qalatasaray"la keçirilən Türkiyə kubokunun finalından sonra verdiyi açıqlamalardı. Yıldırımın qarşılaşmadan sonra "oyun alqı-satqısının kralını "Qalatasaray" edib" deməsi "sarı-qırmızılılar"ın 7 azarkeşinin şikayəti ilə nəticələnib. Bu səbəbdən prezident 3 aylıq cəzalandırılıb.


Digər xəbərlər

Xəbər xətti