Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turnirinə start verilib

12:59 4 İyun 2016

Bu gün Bakı İdman sarayında iki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor H.Ə. Aslanovun xatirəsinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında XXXVIII ənənəvi beynəlxalq turnirə start verilib.

 

Sportarena.az xəbər verir ki, yarışda Gürcüstan, Sloveniya, Xorvatiya, İsrail, Rusiya, Macarıstan, Türkmənistan, İran, Qırğızıstan və Azərbaycandan 400- yaxın cüdoçu medallar uğrunda mübarizə aparır.


İki gün davam edəcək beynəlxalq turnirin təntənəli açılış mərasimi bu gün saat 16:00-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti