İtaliya mətbuatının verdiyi məlumata görə "İnter" klubu Çin iş adamlarına satılıb.
Klubun səhmlərinin 70%-i Çinin elektron şirkəti "Suning" tərəfindən alınıb. Bu hissələrin 30%-i keçmiş sahibi Massimo Morattidən qalan 40%-i isə Erik Toxirdən alınıb.
Klubun yerdə qalan 30% səhmləri isə Erik Toxirə məxsus olacaq. Eyni zamanda o klubun direktoru kimi də fəaliyyətini davam etdirəcək.
Əlavə edək ki, rəsmi açıqlamanın bazar ertəsi veriləcəyi gözlənilir.