İyunun 4-də Bakıda ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur “M-1 Challenge 67” turniri start götürüb.
Sportarena.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda 15 ölkədən idmançıların iştirakı ilə 10 döyüş keçiriləcək.
Turnirdə Azərbaycanı üç idmançı təmsil edir. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.
Gecənin əsas görüşlərində Etiqad Atakişiyev Adrian Peres, Felipe Nsue Taleh Nəcəfov, Lazar Todev Zaur Hacıbabayev, Mixail Sırbu Zalimbeq Omarov, Yevgeni Guryanov Yevgeni Myakinkin ilə mükafat uğrunda yarışacaq.