"Qalatasaray" heyətini ulduz futbolçu ilə gücləndirir

23:11 4 İyun 2016

Türkiyənin “Qalatasaray” klubu “Antalyaspor”da forma geyinən Samuel Etonu transfer etməyə hazırlaşır. Artıq hər iki klub rəhbərliyi arasında razılaşma əldə olunub.

35 yaşlı hücumçunun transfer qiymətinin 3 milyon avrodan çox olmayacağı və münasibətlərin gələn həftə rəsmiləşəcəyi bildirilir. Hələlik müqavilə müddəti açıqlanmır.

Qeyd edək ki, Eto karyerası ərzində “Real Madrid”, “Malyorka”, “Barselona”, “Çelsi”, “Everton”, “İnter”, “Anji”, “Sampdoriya” klublarının formasını geyinib. Futbolçu ötən ilin yay transfer pəncərəsində “Antalyaspor”a keçib.


Digər xəbərlər

Xəbər xətti