Avropa Kubokunun ilk günündə cüdoçularımızdan 2 medal

10:11 5 İyun 2016

İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna strart verilib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günü aktivinə 2 medal yazdırıb.


60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elbrus Zamanov bürünc medal qazanıb.

 

73 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə isə Azərbaycan dueli reallaşıb. Bu çəkidə çıxış edən millimizin cüdoçuları – Telman Vəliyev və Hidayət Heydərov qarşı-qarşıya gəlib. Azərbyacan dulenin qalibi Vəliyev olub. Heydərov isə turnirə 5-ci yerdə yekun vurub.

 

Digər təmsilçimiz Oruc Vəlizadə də Avropa Kubokunda 5-ci olub.

 

Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti