Almaniyalı baş məşqçis Kristof Daum maraqlı etirazla gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, 63 yaşlı baş məşqçi Almaniya Bundestanqının "erməni soyqırımı"nı tanımasından sonra maraqlı açıqlama verib. Belə ki, K.Daum bu qərara etiraz olaraq Almaniya vətandaşlığından imtina edib.
Bu barədə açıqlama verən başa məşqçi:
"İllərlə Türkiyədə baş məşqçi kimi çalışdım. Türkiyənin iki böyük klubunda ("Beşiktaş" və "Fənərbaxça", - red) çalışmaq mənə və ailəmə ən gözəl xatirələr ərməğan etdi. Türkiyədə işlədiyim vaxtdan əvvəl mənim də bəzi şübhələrim var idi. Lakin orada çalışdığım müddətdə gördüm ki, Türkiyə və türk milləti Avropada deyildiyi kimi deyil. Almaniyada bizə göstərilən Türkiyə ilə, yaşadığım Türkiyə bir-birinə heç bənzəmirdi. Almaniya parlamentinin aldığı qərar Türkiyənin və türk dostlarımın layiq olduğu qərar deyil. Bu qərar Almaniyada yaşayan milyonlarla türkü necə incitdisə, məni də o qədər incitdi. Türkiyənin necə bir dövlət olduğu suriyalı qaçqınlara ölkəsində yer verməsindən bəlli idi. Bu səbəbdən Almaniya vətəndaşlığından imtina edirəm. Almaniya parlamentinin aldığı bu qərar geri götürülənədək mən Almaniya vətəndaşı olmayacağam", - deyə bildirib.
Xatırladaq ki, iyunun 2-də Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının "soyqırımı" kimi tanınmasına dair qətnamə layihəsi səsverməyə çıxarılıb. Bundestaqın demək olar ki, bütün deputatları qətnamənin lehinə səs veriblər. Cəmi 1 deputat sənədin əleyhinə səs verib, 1 deputat da bitərəf qalıb.
Qeyd edək ki, Kristof Daum 1994/96 və 2001/02-ci illərdə Türkiyənin "Beşiktaş" klubunu, 2003/06 və 2009/10-cu illərdə "Fənərbaxça" klubunu, 2013/14-cü illərdə isə, "Bursaspor" klubunun baş məşqçisi vəzifəsində çalışıb.