Məhəmməd Əlinin ölüm səbəbi açıqlandı

13:54 5 İyun 2016

Əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.


Sportarena.az  xəbər verir ki, idmançının ailə üzvlərinin verdiyi məlumata görə, 74 yaşlı boksçu naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib. 


Xatırladaq ki, boks dünyasının əfasanəsi iyunun 2-də ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun ölüm ayağında olduğu açıqlamışdılar.

 

Məhəmməd Əli cümə günü 74 yaşında dünyasını dəyişib. O, iyunun 10-da ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində dəfn olunacaq.


Digər xəbərlər

Xəbər xətti