"Fənərbaxça" ilə müqavilə müddəti başa çatan portuqaliyalı futbolçu Bruno Alveş İtaliya klubu ilə müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, 35 yaşlı müqafiəçi "Kalyari" klubu ilə razılıq əldə edib. Futbolçunun İtaliya klubu ilə 3 illik müqavilə imzalayacaq. Rəsmi müqavilənin isə sabah imzalanacağı gözlənilir.
Xatırladaq ki, futbolçu 2013-cü ildə Rusiyanın "Zenit" klubundan 5,5 milyon avro qarşılığında "Fənərbaxça"ya transfer edilmişdi.