İsrafilovun komandası pley-offa vəsiqə qazandı

15:11 5 İyun 2016

İspaniya Sequnda sonuncu - 42-ci turun oyunları keçirilib. 


Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.


E.İsrafilovun komandası sonuncu turda "Almeriya" klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Millimizin düşərgəsinə qoşulduğu üçün Eddi bu görüşdə forma geyə bilməyib.

 

Qeyd edək ki, "Kordoba" çempionatı 65 xalla 22 komanda arasında 5-ci pillədə başa vurub. Lakin futbolçumuzun komandası üçün mövsüm hələ bitməyib. "Kordoba" "Ximnastik", "Jirona" və "Osasuna" ilə birgə pley-off oyunlarında elitaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq. İsrafilovun komandasını yarımfinalda "Jirona" ilə duel gözləyir. Bu komanda ilə ilk oyun iyunun 8-də, cavab görüşü isə 12-də olacaq. Final qarşılaşması isə 15-19 iyun tarixlərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti