Çexiya Regional Liqasında "Batov-1930" və "Friştak" komandaları arasında keçirilmiş matçda yeni dünya rekordu müəyyənləşib.
Sportaren.az xəbər verir ki, komandalar oyunsonrası 52 penalti yerinə yetirilib. Bununla da, yeni dünya rekordu müəyyənləşmiş olub.
Xatırladaq ki, əvvəlki rekord 2005-ci ildə Namibiya Kuboku matçında qeydə alınıb. Həmin görüşdə 48 penalti vurulub.
Qeyd edək ki, görüş "Batov-1930"un qələbəsi ilə yekunlaşıb - 21:20.