“Avro-2016”nın keçiriləcəyi stadionlarda siqaret çəkmək mümkün olmayacaq.
Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytı bu gün xatırladıb ki, final mərhələsinin oyunlarının təşkil olunacağı 1 ay müddətində (10 iyun – 10 iyul) 10 stadionun hamısında tütün məmulatlarından və elektron siqaretdən istifadəyə qadağa qoyulub.
UEFA “Öz sağlamlığını qoru” proqramı çərçivəsində belə bir qərar verib. Bununla bağlı volontyor və stürdlar üçün xüsusi təlim keçirilib.(qol.az)