"Azərbaycanla oyun yaxşı təcrübə oldu"

21:34 5 İyun 2016

“Azərbaycanla oyunda daha çox taktikaya diqqət ayırmışdıq. Çünki bizi sentyabrda Honduras və Slvadorla vacib oyunlar gözləyir”.


Sportarena.az xəbər verir ki, bu sözləri Kanada millisinin üzvü Maykl Petrasso yığmamızla keçirdikləri yoxlama oyunu (1:1) haqda danışarkən deyib.


Yerli mətbuata açıqlama verən 20 yaşlı yarımmüdafiəçi millimizlə oyunun onun üçün önəmli olduğunu bildirib:


“Sevinirəm ki, millidə ilk oyunuma çıxdım. 14 yaşıma qədər bütün yığmalarda oynamışam. Ancaq əsas millidə çıxş etmək uşaqlıq arzum idi. Debütümdən razı qaldım. Azərbaycanla oyun yaxşı təcrübə oldu. Ümid edirəm ki, millidə çıxışımı davam etdirəcəm”.(qol.az)


Digər xəbərlər

Xəbər xətti