Ronaldinyo Jan-Klod Vandam və Tayson ilə birlikdə filmə çəkiləcək

22:08 5 İyun 2016

Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo “Kikboksçu: İntiqam” filmində rol alacaq. 


Sportarena.az xəbər verir ki, futbolçu filmdə döyüş sənətlərin ustası rolunu canlandıracaq. Kinoda onun adı Ronaldo olacaq.


Ronaldinyo  öz bacarıqlarını filmin baş qəhrəmanı Jan-Klod Vandama öyrədəcək. Filmin qəhrəmanı  bu dəfə də muay tay üzrə çempion olan Tonq Podan intiqam alacaq.


Məşhur futbolçudan əlavə filmdə əfsanəvi boksçu Mayk Tayson və tanınınmış qarışıq döyüş ustası Peyc Vanzant da rol alacaq.//ans


Digər xəbərlər

Xəbər xətti