"Avro-2016"nın iştirakçısı olan Rusiya millisi bu gün növbəti yoxlama görüşünü keçirib.
Sportarena.az xəbər verir ki, Rusiya milli komandası bu gün Serbiya yığması ilə qarşılaşıb. Fransanın Monako şəhərində keçirilən görüş :1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, ruslar bu matçda ciddi itki ilə üzləşib. Belə ki, matçın 51-ci dəqiqəsində rusların aparıcı futbolçularından olan İqor Denisov zədələnib. Oyunu davam edə bilməyən futbolçu əvəzlənərək meydanı tərk edib. Onun "Avro-2016"nı buraxmaq ehtimalı var.
Rusiya – Serbiya – 1:1
Qollar: Artem Dyuba, 85 (0:1), Aleksandr Mitroviç, 88 (1:1)