Bu gün qadın voleybolçulardan ibarət yığmamız Avropa Liqasında növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi üçüncü matçında İspaniya ilə qarşılaşıb. Keçirdiyi ilk iki oyunda Fransa və Monteneqro ilə qarşılaşan Faiq Qarayevin yetirmələri hər iki oyunda rəqiblərinə set vermədən qalib gəlmişdi. İspaniya qarşısında bir setdə məğlub olsa da, digər hissələrdə rahat oyanayaraq ümumi hesabda qalib gəlməyi bacarıb.
Avropa Liqası
B qrupu
5 iyun
İspaniya – Azərbaycan - 1:3 (16:25, 25:23, 17:25, 16:25)