Xəbər verdiyimiz kimi, "Fənərbaxça"nın futbolçusu Bruno Alveş "Kalyari" klubu ilə razılıq əldə etmişdi.
Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçunun İtaliya klubuna keçidi rəsmiləşib.
35 yaşlı müdafiəçi artıq yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, "Kalyari" ötən mövsüm İtaliya B seriyasını 2-ci pillədə tamamlayıb və A Seriyasına vəsiqə qazanıb.