Fransa prezidenti: "Avro-2016"da terror təhlükəsi var"

11:57 6 İyun 2016

"Avro-2016"-nın açılışına 4 gündən də az vaxt qalmış Fransa prezidenti əks-səda doğuran açıqlama verib. 


Sportarena.az xəbər verir ki, dövlət başçısı Futbol üzrə Avropa Çempionatına ciddi təhdidlərin olduğunu deyib.


Fransa prezidenti Fransua Olland birmənalı qarşılanmayan sözlərlə çıxış edib. Bir neçə gündən sonra başlayacaq Avropa Futbol Çempionatına ev sahibliyi edəcək Fransada hazırlıq işləri yekunlaşıb. Fransua Olland çıxışında "Avro-2016"ya da toxunub: " Təhlükə həmişə var, lakin biz gərək özümüzü qorxutmayaq. Təəssüf ki, belə vəziyyət hələ uzun müddət davama edəcək. "Avro-2016"nın uğurla keçirilə bilməsi üçün əlimizdən gələni etməliyik".


Qeyd edək ki, turnirin təhlükəsizliyi üçün 90 mindən artıq işçi qüvvəsi ayrılıb.


Digər xəbərlər

Xəbər xətti