"Avro-2016"nın iştirakçısı olan Rumıniya yarışın keçiriləcəyi Fransaya gedib.
Sportarena.az xəbər verir ki, bu, təşkilatçı ölkəni saymasaq, Rumıniya Fransaya gedən ilk milli komanda olub. Parisin "Şarl de Qol" hava limanında komandanı Fransa Futbol Federasiyasının nümayəndələri qarşılayıb.
Qeyd edək ki, Rumıniya “Avro-2016”da ilk oyununu iyunun 10-da, turnirin açılış matçında Fransaya qarşı keçirəcək.