"Avro-2016" öncəsi Xorvatiya millisi ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Xorvatiya millisinin müdafiəçisi Vedran Çorluka zədələnib. Futbolçu San Marino ilə yoldaşlıq görüşündə isinmə hərəkətləri zamanı zədələnib. Avropa Çempionatında Türkiyə ilə eyni qrupda mübarizə aparacaq xorvatların müdafiəçisinin "Avro-2016"da iştirak edəcəyi sual altındadır.
Qeyd edək ki, Xorvatiya San Marino millisi üzərində 10:0 hesabı ilə qalib gəlib.