İngiltərə yığması ilə dünya millisi xeyriyyə matçında üz-üzə gəlib.
Sportarena.az xəbər verir ki, görüş "Old Trafford" stadionunda baş tutub.
"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyonun rəhbərlik etdiyi ingilislər 3:2 hesabı ilə qələbə qazanıblar.
Dünya millisinin baş məşqçisi isə, "Lester"in çalışdırıcısı Klaudio Ranyeri olub.
Qeyd edək ki, xeyriyyə görüşündə yığılan pullar UNİCEF-in himayəsi altında olan uşaqlara veriləcək.