Fatih Terim: "Turnirdə bu səhvlər olmayacaq"

15:36 6 İyun 2016

"Gözəl oyun oldu. Komandamın oyunundan və nəticədən razıyam. Qol vurana kimi daha istəkli oynayırdıq. Lakin hesabı açdıqdan sonra komanda sanki "yatdı". Buna baxmayaraq komandamda qələbə əzmi gördüm. Türkiyə millisi qələbə qazanmağa adət edib".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim Sloveniya ilə oynadıqları yoxlama matçından sonra dyeib.

 

"İmperator" komandanın heyətində zədəli futbolçunun olmadığına sevindiyini bildirib:
"Açığı oyundna öncə hansısa futbolçumuzun zədələnəcəyindən qorxurdum. Hətta onların baş məşqçiləri ilə danışdım. Şükürlər olsun ki, zədəli futbolçumuz yoxdu. Bir yandan da turnir öncəsi qələbə qazanmaq sevindiricidi. Təbii ki, səhvlər oldu. Bu oyunda mən komandanın əsas problemlərini görə bildim. Turnirdə bu səhvlər olmayacaq. Otelə gedib oyunun təkrarına baxacam".

 

Qeyd edək ki, Türkiyə yoxlama matçında Sloveniyanı səfərdə 1:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti